EN

Astarada 71 yaşlı qadının qətlə yetirildiyi məlum olub

ASTARA, 18 sentyabr. TELEQRAF

Astarada 71 yaşlı qadının qətlə yetirildiyi məlum olub.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, 07.09.2025-ci ildə Astara rayonunun Miki kənd sakini, 1954-cü il təvəllüdlü Şahimə Zeynulla qızı Salayevanın meyiti yaşadığı evdə tapılıb. İlkin məlumata əsasən, qadın döşəmədə oturmuş vəziyyətdə, baş örpəyi çarpayıya bağlanmış halda aşkarlanmış və onun intihar etdiyi bildirilmişdi.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Ekspertizanın rəyindən sonra isə məlum olub ki, Ş.Salayeva boğularaq qətlə yetirilib.

Araşdırmalar zamanı evdən qadına məxsus sandığın oğurlandığı müəyyən edilib. Axtarışlar nəticəsində həmin sandıq meşəlik ərazidən tapılıb. Qətli törətməkdə şübhəli bilinən mərhumun qonşusu (qadın) saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Chosen
29
9
teleqraf.com

10Sources