EN

Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib - FOTO

 

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlarla görüşüb.

Missiya.Az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbul zamanı "Azərişığ"ın fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən "Azərişıq" ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirmə tədbirlərini davam etdirir. Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, onların təklif və tövsiyələri dinlənilir.

Chosen
11
3
missiya.az

10Sources