EN

AFFA Fransanın önünə Ayxan Abbasovu "atmaq" istəyir

Fernandu Santuşla yollar ayrıldıqdan Milli komanda Ayxan Abbasovun rəhbərliyi ilə Ukrayna qarşısında bərarəblik əldə etdi.

Milli.Az xəbər verir ki, Ukrayna qarşısındakı bərabərlikdən sonra AFFA rəhbərliyi Fransa ilə baş tutacaq oyuna da onun çıxmasını təkid edib. Ümumilikdə isə AFFA Ayxan Abbasovun bu ilin - yəni DÇ-2026-nın seçmə mərhələsinin sonuna qədər komandaya rəhbərlik etməsinin tərəfdarıdır.

Təcrübəli baş məşqçi isə bu təklifə müsbət baxmır. O, növbəti UEFA Millətlər Liqasında da millinin sükanı arxasında olmaq istəyir. Baş məşqçi üçün 3 aylıq dövr olduqca azdır və bu təklif uğursuz addımdır.

Görünür AFFA xarici məşqçi tapana kimi həmin müddəti yerli mütəxəssislə keçişdirmək istəyir. 

Xarici baş məşqçiləri milyonlar xərcləndiyi halda yerli mütəxəsislərə qarşı bu cür etimadsızlıq idman ictimaiyyəti tərəfindən də xoş qarşılanmayıb.

Qeyd edək ki, millimiz növbəti matçlarını oktyabrın 10-da Fransa, 13-də isə Ukraynaya qarşı səfərdə keçirəcək.

Mehman Əsədov
Milli.Az

Chosen
1
2
milli.az

3Sources