EN

42 namizəd uduzdu, sədr istefa verdi Partiyanı süni intellekt idarə edəcək

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Yaponiyada siyasətdə misilsi görünməmiş bir hadisə baş verib. 

Qaynarinfo xəbər verir ki, Yenidən Doğuş Yolu Partiyası liderlik kürsüsünü süni intellektə həvalə edəcəyini açıqlayıb.

Partiyanın qurucusu Şinci İşimaru son seçkilərdə böyük uğursuzluqdan sonra istefa verib. Beləliklə, Yenidən Doğuş Yolu Partiyası siyasi səhnədə ilk dəfə olaraq rəhbərliyi süni intellektə təhvil verməyə hazırlaşır.

"Channel News Asia”nın məlumatına görə, yanvarda təsis edilən və mərkəzləşdirilmiş proqramı olmayan partiya üzvlərinə öz siyasi gündəmini müəyyən etmək imkanı tanıyır. Partiyanın qurucusu İşimaru ötən il Tokio qubernatoru seçkilərində gözlənilmədən ikinci yeri tutmuşdu. Lakin bu il keçirilən yuxarı palata seçkilərində heç bir mandat qazanılmadığı üçün istefa qərarı verilib.

Parti sözçüsü və Kyoto Universitetində doktorantura tələbəsi olan 25 yaşlı Koki Okumura mətbuat konfransında "Yeni lider süni intellekt olacaq" deyib. O, hələlik formal olaraq partiya sədri postunu tutacaq, amma əsas qərar mexanizminin süni intellekt olacağını vurğulayıb.

Məlumatlara görə, hələ tam detalları açıqlanmayan bu rəqəmsal lider birbaşa üzvlərin siyasi fəaliyyətini yönəltməyəcək, lakin resursların bölgüsü kimi strateji qərarlarda əsas rol oynayacaq.

Yapon mediasında geniş müzakirə olunan süni intellekt rəhbərliyi ideyası partiyanın uğursuz nəticələri fonunda gündəmə gəlib. İyunda keçirilən Tokio məclisi seçkilərində irəli sürülən 42 namizədin hamısı, iyulda yuxarı palata seçkilərində iştirak edən 10 namizədin də hamısı məğlub olub. Bütün bunlara baxmayaraq, Yenidən Doğuş Yolu Partiyası siyasətdə süni intellekt təcrübəsini tətbiq edən ilk nümunə kimi tarixə düşüb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
qaynarinfo.az

1Sources