EN

"Tramp Ukrayna mövzusunu gündəlikdən çıxarmaq istəyir" - Lavrov

“Tramp Ukrayna mövzusunu gündəlikdən çıxarmaq və Rusiya ilə əlaqələri bərpa etmək istəyir”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Birinci kanal”da yayımlanan “Böyük oyun” verilişinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərb Ukraynanı “anti-Rusiya”ya çevirməklə Moskvanı zəiflətmək və təzyiq altında saxlamaq istəyib, nəticədə bu məsələ dünya gündəliyində ön plana çıxarılıb.

“Mənim hissim odur ki, Tramp administrasiyası məhz bu müharibə (Ukrayna müharibəsi) [ABŞ-ın keçmiş prezidenti Co] Bayden və komandasının süni şəkildə yaratdığı və indiki administrasiyanın fəlsəfəsini əks etdirmədiyi üçün onu gündəlikdən çıxarmaq niyyətindədir”, - Lavrov bildirib.

Nazir əlavə edib ki, ABŞ bunu Vaşinqtonla Moskva arasında normal münasibətlərə mane olan baryerləri aradan qaldırmaq üçün edir. Lakin bu yol asan olmayacaq: “ABŞ-nin iqtisadi məsələləri həll etməkdə çox özünəməxsus yanaşması var”.

Nuriyyə NATİQQIZI

Chosen
2
redaktor.az

1Sources