EN

Məşhur türkiyəli futbol adamı: “İnsan “Qarabağ”a həsəd aparır” - VİDEO

Türkiyəli tanınmış futbol mütəxəssisi Nihat Kahveci “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Benfika” üzərindəki zəfərindən 3:2 hesablı qələbəsindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, “Kontraspor” verilişində Azərbaycan təmsilçisinə həsəd apardığını bildirib:

“Mourinyo baba deyirdi ki, “Benfika” möhtəşəm komandadır, cütün favoritidir, bizim məğlubiyyətimiz normaldır.

Azərbaycanlı qardaşlarıma, futbolçulara, klub prezidentindən idarəçisinə qədər, bütün azarkeşlərinə salam deyirəm, təbrik edirəm.

2:0-dan geridönüş etdilər, 3:2 hesabı ilə qalib gəldilər. İzlədim. Vurduqları qollara, oyun epizodlarına baxdım.

İnsan “Qarabağ”a həsəd aparır. Yeri gəlmişkən, Mourinyo indi özü “Benfika”ya baş məşqçilik edəcək”.

Chosen
5
sportinfo.az

1Sources