EN

"SoyMotor": Azərbaycan Qran-prisində bir neçə nəfər xəstələnib

Azərbaycan Qran-prisində yalnız “Mercedes” komandasının pilotu, britaniyalı Corc Rassell deyil, həm də paddokda bir neçə nəfər xəstələnib.

İdman.biz xəbər verir ki, bu barədə İspaniyanın "SoyMotor" nəşri məlumat yayıb.

Bildirilib ki, Rassell bu gün yarışöncəsi keçirilən mətbuat konfransında iştirk etməyib.

"Formula-1" nümayəndələrinin yoluxduğu konkret virus hələ açıqlanmayıb. Virusun yayılma ocağı əsasən personalın yerləşdirildiyi otel ola bilər.

Qeyd edək ki, mövsümün 17-ci mərhələsi – Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşü sentyabrın 19-da saat 12:30-da başlayacaq. İkinci sərbəst yürüş isə həmin gün 16:00-da keçiriləcək.

İdman.biz

Chosen
6
1
idman.biz

2Sources