EN

Venesuela Silahlı Qüvvələri Karib dənizində təlimlərə başlayıb

Venesuela silahlı qüvvələri Venesuelanın ərazi sularında yerləşən La Orçila adası yaxınlığında "Suveren Karib 200" hərbi manevrinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "DHA"ya istinadən xəbər verir ki, bu barədə ölkənin  müdafiə naziri Vladimir Padrino Lopez açıqlama verib.

Nazirin sözlərinə görə, üç gün davam edəcək təlimlərə Venesuela silahlı qüvvələrinin bütün növləri daxildir:

"Təlimə aerokosmik, xüsusi, kəşfiyyat, elektron döyüş, dəniz, hava-desant, quru və aerokosmik müdafiə qüvvələri cəlb olunacaq. Təlim Venesuelanın ABŞ-nin son 100 ildə gördüyü ən böyük təcavüz təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ABŞ dəniz qüvvələrinin Karib hövzəsində yerləşdirilməsi fonunda keçirilir".

Chosen
8
2
operativmm.az

3Sources