EN

Ayda 100 manat və... “Qarabağ” Futbol Akademiyasını söndürüb yandırsaq, düzələr?

ain.az, Mia.az saytına istinadən bildirir.

Avroliqa oyunları çərçivəsində “Qarabağ”ın “Benfika” ilə oyunundan əvvəl hər iki klubun 19 yaşlılardan ibarət komandaları da qarşılaşıb. Gənc “Benfika”ılar bizim gənclərə 7 qol vurub.

Mia.az xəbər verir ki, bizim gənclər də dözməyib, onların qapısından bir qol keçiriblər.

Bu oyun və məğlubiyyət çox düşündürücüdü. 

Gənclər, deyib, keçməyək, çünki böyüklərin komandası elə gənclərdən ibarətdi. Hazırda yüksək futbolda uğur 13 yaşdan başlayır.

Biz legioner limitinə qoyulan qadağa götürüləndən sonra ölkədə özümüzünkülərin necə yetişəcəyindən danışıb çox əndişə etdik. Yerli futbolçulara stimul üçün AFFA onlara maliyyə stimulu tətbiq edəcək bu mövsümdən etbarən. Yerli futbolçulara qoyulan sərmayə həmçinin milli komandanın daha güclü heyətlə formalaşması deməkdi. Amma aşağı yaş qrupları üzrə komandalar çox az hallarda üzümüzü güldürür. 

Onların tamaşaçı auditoruyası da yoxdu. Məsələn, mən dəfələrlə 21 yaşlılardan ibarət millinin oyununa baxmışam. Tamaşaçı marağı sıfır. Tribunalar bomboş. Klublar dəvətnaməylə adam yığır oraya. Bircə dəfə İngiltərə 21 yaşlılar millisi gələndə tribunalarda azarkeşlər vardı. Onlar da bizimçün yox, İngiltərə millisində oynayan tanınmış ingilis klublarının oyunçuları üçün gəlmişdi.  

Bizim aşağı yaş qruplarının maliyyə dəstəyimi zəifdi? Əslində mövzu araşdırma üçün çox münasibdi. Bu yaxınlarda veteran məşqçilərdən biri də bu problemdən danışmışdı yanımda.

“Qarabağ”ın 19 yaşlılardan ibarət komandası klubun akademiyasının yetirmələrindən formalaşır. 

O yetirmələr ki, klubun prezidenti Tahir Gözəl dolayısı ilə onlara görə Avroliqa oyunları üçün transfer etmədi. Yəni, dedi ki, vaxt çox azdı, üstəlik, bəzi cəhdlər boşa çıxıb, pulu da hara gəldi, necə gəldi, xərcləməyin mənası yoxdu, bu günün sabahını düşünmək lazımdı, sabah pul olmayanda kiməsə ağız açmayaq və ən əsası da bu yetirmələri xatırlatdı. Onların yetişdirilməsinin vacibliyini qeyd elədi. Yəni, gələcək üçün yatırım etmək, gənclərimizin arxasında durmaq istəyirik, - dedi.

Bunu eşitmək çox xoşdu, təbii ki. Nəzərə alsaq ki, “Qarabağ”ın futbol akademiyası da çox zəifdi, daima sönük məşqlər və motivasiyasız müəllimlərlə bağlı valideyn narazılıqları ilə üzləşirik, Akademiyanın fəaliyyətində köklü dəyişikliklər çox yerinə düşərdi.

Çünki “Qarabağ”ın hazırkı şöhrətinə aldanaraq uşaqlarını Akademiyaya gətirənlər bir müddət sonra məyus olur və gedir. Heç ödənişli əsaslarla (ayda 100 AZN ödəməklə) kurslara gələnlərin də məşqləri əyləncədən o yana keçmir.

 Adama elə gəlir ki, bu Akademiyanı bir dəfə söndürüb yandırsaq, düzələcək. Format eləmək olmur, çünki, hər şeyin dağılmasını istəmirsən. Amma bircə dəfə cərəyan xəttindən ayırmağa məncə, ehtiyac var.

Birdən-birə möcüzə olacağını düşünmürük. Ən azından, T.Gözəlin fikirləri “Qarabağ”ın aşağı yaş qruplarını çalışdıran məşqçilərinə motivasiya verməliydi.

Necə olmasa da, əsas komanda dolayısı ilə onlara görə transfer eləmədi.

Zülfiyyə Mustafayeva

Mia.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
mia.az

1Sources