EN

Sanksiyalara baxmayaraq Rusiyadan Avropaya ixrac davam edir

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı 2025-ci ilin ilk rübündə Rusiyadan 8,7 milyard avro dəyərində məhsul idxal edib. Məlumatı Köln Almaniya İqtisadiyyatı İnstitutunun hesabatına istinadla yayıb.

Bakupost.az xəbər verir ki,bui barədə "Bild" yazıb.

Müqayisə üçün: 2021-ci ildə bu rəqəm 30,6 milyard avro, 2022-ci ildə isə 63 milyard avro olmuşdu. Sonuncu göstərici enerji daşıyıcılarının qiymətlərindəki kəskin artımla izah olunur.

Aİ ölkələrinin əksəriyyəti Rusiyadan neft və qaz alışını dayandırsa da, hələ də Macarıstan, Slovakiya, qismən Fransa və İspaniya bu məhsulları alır.

2025-ci ilin ilk rübündə qaz idxalı 4,4 milyard avro, neft idxalı isə 1,4 milyard avro təşkil edib – bu, müharibədən əvvəlki dövrlə müqayisədə 93% azdır.

Bununla belə, karbohidrogenlər hələ də Rusiyanın Aİ-yə əsas ixrac mövqeləri olaraq qalır. Digər məhsullar sırasında gübrələr (549,9 milyon avro), polad və dəmir (725,8 milyon avro), eləcə də nikel (261 milyon avro) var.

2024-cü ildə Aİ ölkələri Rusiyadan 21,3 milyard avro dəyərində neft və qaz idxal etmişdi ki, bu da ümumi idxalın 59,1%-ni təşkil edirdi. Ən iri alıcılar isə Macarıstan (21,8%), Slovakiya (15,8%) və Fransa (14,5%) olub.

Ayxan,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
www.bakupost.az

1Sources