“Azərişıq” ASC regionlarda əsaslı təmir və yenidənqurma işlərinə paralel olaraq maarifləndirici tədbirlər həyata keçirir, bölgələrdə yerli sakinlərlə mütəmadi görüşlər təşkil olunur və belə tədbirlərdən biri Gəncədə baş tutub.
Demokrat.az xəbər verir ki, sentyabrın 18-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirmə tədbirlərini davam etdirir. Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, onların təklif və tövsiyələri dinlənilir.

10Sources
-
musavat.comVüqar Əhmədov Gəncədə vətəndaşları qəbul etdi ( 21490936)
-
publika.az“Azərişıq” ASC-nin sədri Gəncədə vətəndaşları qəbul etdi ( 21489595)
-
axar.azVüqar Əhmədov Gəncədə vətəndaşları qəbul etdi ( 21489454)
-
Ajans.az“Azərişıq” ASC-nin sədri Gəncədə vətəndaşları qəbul edib - FOTO ( 21489361)
-
fed.az“Azərişıq” ASC-nin sədri Gəncədə vətəndaşları qəbul edib ( 21488830)
-
demokrat.azVüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib — FOTO ( 21488812)
-
bakivaxti.az“Azərişıq” ASC-nin sədri Gəncədə vətəndaşları qəbul etdi ( 21488206)
-
yenisabah.az“Azərişıq” ASC-nin sədri Gəncədə vətəndaşları qəbul edib - FOTO ( 21487660)
-
missiya.azVüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib - FOTO ( 21487612)
-
teleqraf.com“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib ( 21487378)