EN

Rusiya qurumu Azərbaycandan aparılan məhsulları məhv edib

2025-ci ilin əvvəlindən Perm diyarında Azərbaycandan və Özbəkistandan gətirilən mənşəyi naməlum 220 kiloqramdan artıq heyvandarlıq məhsulu saxlanılaraq məhv edilib. Qanun pozuntuları Perm hava limanında keçirilən baytarlıq nəzarəti zamanı aşkarlanıb.

Ölkə.Az xəbər verir ki, bu barədə Rosselxoznadzorun (Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti) Kirov vilayəti, Udmurtiya Respublikası və Perm diyarı üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

“2025-ci ilin əvvəlindən ümumilikdə 222,5 kq mənşəyi məlum olmayan heyvandarlıq məhsulu götürülərək məhv edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur (180,841 kq). Ət, süd, arıçılıq məhsulları və yumurtalar Azərbaycandan və Özbəkistandan tələb olunan baytarlıq sənədləri olmadan gətirilmişdi”, – deyə qurumdan bildirilib.

Məlumat qurumun rəsmi saytında dərc olunub.

Chosen
15
3
olke.az

4Sources