Bakı. Trend:
“Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulmavə xidmətlərdən ödənişli istifadə Qaydası”nda dəyişiklikedilib.
Trend-inməlumatına görə, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyev müvafiq qərar imzalayıb.
Qərara əsasən, cidmət üzrə aşağıdakı tariflər İqtisadiyyatNazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyənediləcək:
- qoşulma haqqı;
- yenidən qoşulma haqqı;
- abunə haqqı;
- ölkədaxili danışıq haqqı;
- beynəlxalq danışıq haqqı;
- faks xidmətindən istifadə haqqı;
- taksofon xidmətindən istifadə haqqı;
- rəqəmli rabitə kanallarından istifadə haqqı.
Daha əvvəl bu səlahiyyət Tarif (qiymət) Şurasına məxsus idi.
Məlumat üçün bildirək ki, qərar sentyabrın 5-də qəbuledilib, sentyabrın 15-də Hüquqi Aktların Dövlət Reyestrinə daxiledilib, sentyabrın 16-da qüvvəyə minib.