EN

Rusiya Ukraynaya zərbə endirib, beş nəfər həlak olub

Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətindəki Konstantinovka şəhərinə endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub...

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Donetsk vilayət prokurorluğuna istinadən məlumat yayıb.

"Beş nəfər ölümcül yaralanıb. Atəş zamanı üç kişi və iki qadın küçədə olub", - məlumatda bildirilib.
Qeyd edilib ki, zərbə zonasında dörd binanın fasadı zərər görüb.

Poliqon.info

Chosen
25
1
poliqon.info

2Sources