EN

“Formula-1” avtomobilini gecə sürmək olarmı?

Yarış avtomobillərinə uzaqadan da olsa tamaşa edənlərin könlündən onu bircə dəfə də olsa sürmək keçir. Hətta bu maşından gündəlik istifadə etmək fikrinə düşənlər də tapılır. Amma, farslar demiş, çe fayda?

Bakı bu günlərdə dünyanın ən nüfuzlu idman tədbirinə sahiblik edir. Bəs bu maşından gündəlik istifadə mümkündürmü?

Çoxları düşünür ki, yol şəraiti, tramplinlər, çalalar bu avtomobilə maneədir. Bu fikir doğru olsa da, reallığı tam əks etdirmir.

Avtosfer.az-ın xəbərinə görə, 1 ədəd Formula 1 avtomobilinə xidmət üçün 60-70 nəfərlik komanda işləyir. Avtomobilin sürüşə hazırlanmasına təxminən 2 saat sərf olunur. Bu avtomobillərdə termostat olmadığından mühərrikə qaynar yağ və antifriz tökülür (100 dərəcə Selsi), bir çox detal əlavə olaraq qızdırılır.

Təkərlər də xüsusi isti çexolda gətirilərək avtomobilə taxılır. Bu maşınların əyləc sistemi çox yüksək temperatura hesablandığı üçün soyuq barabanlarda tormoz çox zəif olur. Mühərrik isə 140 dərəcə temperaturda işləyir. Konstruksiyanı yüngülləşdirmək üçün starter də ixtisara salınır. 
Bir sözlə, göstərilıən prosedurları etmək üçün hər gün böyük bir komanda saatlarla çalışır.  Gündəlik iş rejimində isə bu mümkün deyil.
Ən əsası, Formula-1 bolidlərində fara yoxdur və buna ehtiyac da yoxdur. Reqlamentə görə yarış axşama yaxın, lakin gün batmadan, sutkanın işıqlı vaxtında keçirilməlidir.

Lakin pul varsa, çarə də var. Avtomobil istehsalçıları insanların maraqlarını nəzərə alaraq Formula göstəricilərinə yaxın olan avtomobillər hazırlayır. Bunların qiyməti isə milyonlarla ölçülür.  Lakin onlar da F1 bolidini əvəz etmir. Çünki təyinat fərqlidir.

Vüqar

Chosen
5
1
avtosfer.az

2Sources