Qusarda alma yığımına başlanılıb. Ötən ildən fərqli olaraq bu il rayonda məhsul bol və keyfiyyətlidir.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, fermerlərin sözlərinə görə, hava yağıntılı olsa da, məhsulu vaxtından tez yığa bilirlər:
“Bu il bolluqdur, 16 mindən çox alma toplamışıq”.
Bazarda isə alma alıcılara 1 – 1.50 manata təklif olunur. Satıcılar məhsulun bol olduğuna görə qiymətlərin ucuzlaşmasını da ehtimal edirlər. Alıcılar da qiymətdən razılıq edirlər.
Qeyd edək ki, alma yığımı noyabrın sonunadək davam edəcək.