EN

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini sabah təqdim edəcək

Avropa Komissiyası sentyabrın 19-da Rusiyaya qarşı yeni sayca 19-cu sanksiya paketini təqdim etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə məlumatı “European Pravda” Brüsseldəki nüfuzlu Aİ ölkələrinin iki diplomatına istinadən yayıb.

“Mənim bildiyimə görə, 19-cu paket sabah, cümə günü Komissiya tərəfindən Aİ Şurasına təqdim olunacaq,” – diplomatlardan biri bildirib.

Digər diplomat isə əlavə edib ki, hələlik sanksiya paketinin ictimaiyyətə təqdim olunub-olunmayacağı və ya əvvəlcə üzv dövlətlər arasında müzakirəyə çıxarılacağı bəlli deyil.

Chosen
7
3
apa.az

6Sources