EN

Rusiya və Ukrayna müharibədə ölən əsgərlərin cəsədlərini mübadilə etdi


Sentyabrın 18-də Rusiya və Ukrayna həlak olmuş hərbçilərin cəsədlərini mübadilə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Müharibə Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfi həlak olan ukraynalı əsgərlərə məxsus 1000 cəsədi Ukraynaya qaytarıb.
Ukrayna da öz növbəsində 24 hərbçinin qalıqlarını Rusiyaya təhvil verib.
Məlumatda cəsədlərin kimliklərinin yaxın vaxtlarda açıqlanacağı bildirilir.
Qeyd edək ki, əvvəlki belə mübadilə avqustun 19-da baş tutub. Bu vaxt Ukrayna 1000, Rusiya isə 19 əsgərin cəsədini qəbul edib.
Chosen
22
yeniavaz.com

1Sources