EN

Azərbaycanın neft ixracı azalıb, qaz ixracı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 8 milyard 396 milyon dollar dəyərində 15 milyon 924,8 min ton xam neft ixrac edib.

Musavat.com-un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə xam neft ixracının dəyər baxımından 18,5 faiz, miqdar baxımında isə 3,3 faiz azalması deməkdir.

Hesabat dövründə ölkənin təbii qaz ixracı isə 5 milyard 996 milyon 879.78 min dollar dəyərlə 16 milyard 452 milyon 681.05 min kubmetr təşkil edib. Bu məhsulun ixracı illik ifadədə dəyər baxımından 10 faiz, miqdar baxımından isə 4 faiz artıb.

Musavat.com

 

Chosen
22
musavat.com

1Sources