Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun xidmət müddəti uzadılıb.
Publika.az xəbər verir ki, bu barədə RBC-ya Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə bildirib.
Qeyd olunub ki, Gerasimovun xidmət müddətinin uzadılması iki mənbə tərəfindən təsdiqlənib və onlardan biri onun daha 5 il Baş Qərargah rəisi vəzifəsini tutacağını bildirib.
Xəbər yenilənir.