EN

Türkiyədə Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş konsert keçirildi

BAKI, 18 sentyabr. TELEQRAF

Azərbaycanın Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Ankaradakı Qazi Universitetinin Memar Kəmaləddin adına konsert sarayında “Müsəlman Şərqinin ilk operanın müəllifi, Azərbaycan-Türki dünyası musiqisinin simvolu Üzeyir Hacıbəyli” adlı konfrans, təqdimat və konsert keçirilib.

Teleqraf xəbər verir ki, Türkiyədə Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, Qazi Universiteti, Ankara Musiqi və Gözəl sənətlər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri, elm xadimləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbiri moderatoru Azərbaycanın əməkdar artisti İslam Manafov, Üzeyir Hacıbəylinin əvəzolunmaz mirasından danışıb.

Tədbirdə çıxış edən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan professional musiqi sənətinin banisi, Müsəlman Şərqində ilk operanın müəllifi, Türk dünyasının görkəmli bəstəkarı, musiqişünas alim, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzaladığı Sərəncama əsasən Türkiyədə də çox sayıda layihələr, nəşrlər, təqdimatlar və konsertlər həyata keçirilir.

Azərbaycanın və dünya mədəniyyət xəzinəsinin yaddaşında silinməz izlər braxan musiqi dühasının qardaş Türkiyədə yad edlməsini qürur verici hadisə adlandıran S. Abbasov, “Üzeyir Hacıbəyli Türk dünyasının ortaq səsi və dəyəridir.

Qazi Universitetinin prorektoru, professor Hasan Tezer, Türk dünyası Araşdırmalar və Uyğulama Mərkəzinin rəhbəri, professor Bülent Aksoy, Ankara Musiqi və Gözəl sənətlər Universitetinin Türk xalq Musiqiləri bölümünün başkanı, professor Gökhan Ekim qeyd ediblər ki, Üzeyir Hacıbəyli əsərləri qəlblərə xitab edir, milli mədəniyyəti gücləndirirməklə, Anadoludan Qafqaza bir “könül körpüsü” yaradıb.

Görkəmli bəstəkara həsr olunmuş filmin nümayişi ilə davam edən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azerbaycanlı bestecilerden piyano eserleri” adlı kitabın təqdimatı və Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin iştirakı ilə dahi Üzeyir Hacıbəylinn əsərləri əsasında konsert proqramı təqdim edib.

Kitab Ankara Opera və Balet Teatrının mütəxəssisi Nailə Əhmədova tərəfindən tərtib olunub.

Kitabda dahi bəstəkar Üzeyir Hacıbəyli, onun yaradıcılığı, musiqi sənətinə verdiyi töhfələrə dair geniş məlumat verilib.

Tədbir çərçivəsində keçirilən konsert proqramında Ankara Opera və Baletinin mütəxəssisi, fortepianoçu Nailə Əhmədova, Azərbaycanın Əməkdar artisti İslam Manafov, opera sənətçiləri Ömer Türkmenoğlu, Ali Tuna
Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı Üzeyir Hacıbəylinin repertuarından milli rəqslərlə çıxış ediblər.

Chosen
2
6
teleqraf.com

9Sources