EN

DİQQƏT: Bakının bir qəsəbəsində qaz olmayacaq

Sentyabrın 19-da Bakının Xəzər rayonunun Şağan qəsəbəsinə təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
 

Bildirilir ki, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə sentyabrın 19-da saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.


Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

Bizim.Media

Chosen
7
18
bizim.media

10Sources