EN

Sabah Şağan qəsəbəsində qaz olmayacaq

Sabah Bakının Xəzər rayonunun Şağan qəsəbəsinə təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə sentyabrın 19-da saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

Chosen
2
25
axar.az

10Sources