EN

ABŞ avtokratlara nümunə göstərir - Obamadan sərt ittiham...

ABŞ-nin sabiq prezidenti: Avtokratlar indi düşünürlər ki, onlara icazə verilib...

Poliqon xəbər verir ki, ABŞ-nin sabiq prezidenti Barak Obama ölkəsinin son illərdəki siyasətinə dair kəskin açıqlama verib. Onun sözlərinə görə, ABŞ-ın atdığı bəzi addımlar avtoritar rejimlərə nümunə yaradır və onlara öz hərəkətlərini legitimləşdirmək üçün əsas verir.

Obama çıxışında bildirib ki, dünyada avtokratik rejimlərin rəhbərləri artıq özlərini daha cəsarətli hiss edirlər: “Avtokratlar bütün dünyada indi elə düşünürlər ki, onlara icazə verilib. Çünki onlar hesab edirlər ki, Amerika da məhz onlar kimi davranır”, — deyə sabiq prezident vurğulayıb.

Eks-prezidentin bu açıqlamaları ABŞ-da və beynəlxalq arenada geniş müzakirələrə səbəb olub. Analitiklərə görə, Obama bu fikirləri ilə həm daxili siyasi proseslərdə demokratik dəyərlərin zəifləməsinə, həm də xarici siyasətdə mübahisəli qərarlara işarə edib. Onun sözlərinə görə, əgər ABŞ öz demokratik prinsiplərinə sadiq qalmazsa, bu, yalnız daxildə deyil, qlobal miqyasda da avtokratik rejimlərin möhkəmlənməsinə təkan verəcək.

Müşahidəçilər hesab edirlər ki, Obamanın xəbərdarlıqları xüsusilə hazırda dünyada demokratiya ilə avtoritarizm arasında gedən ideoloji mübarizə fonunda ciddi əhəmiyyət daşıyır. ABŞ-ın beynəlxalq nüfuzunun zəifləməsi, digər ölkələrin isə öz avtoritar idarəetmə modellərini daha açıq şəkildə nümayiş etdirməsi, keçmiş prezidentin narahatlığını artıran əsas faktorlardan biri kimi göstərilir.

Poliqon.info

Chosen
21
poliqon.info

1Sources