EN

Bakıda qadın işlədiyi müəssisədə yıxılaraq ölüb

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyeva sentyabrın 17-də döşəmənin sınması səbəbindən vəfat edib.

Ölkə.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, sözügedən şəxs binanın ikinci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmə sınıb. Nəticədə binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
9
olke.az

10Sources