EN

Sabah bu ərazidə qaz olmayacaq

Sabah Bakının Xəzər rayonunun Şağan qəsəbəsinə təbii qazın verilişində fasilə yaranacaq.

Tribunainfo.az  xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə sentyabrın 19-da saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

Chosen
2
18
tribunainfo.az

10Sources