EN

Serbiyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan poçt markaları buraxılıb

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Serbiyada poçt markaları dövriyyəyə buraxılıb.

“İki sahil” xəbər verir ki, markaların nəşri və dövriyyəyə buraxılması Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutub.

“Srbijamarka” tərəfindən buraxılan poçt markalarının üzərində “Üzeyir Hacıbəylinin 140 illiyi” və “Azərbaycan bəstəkarı, Şərqdə operanın banisi” sözləri yazılıb.

Mərkəzdə isə dahi bəstəkar Üzeyir Hacıbəylinin 2011-ci ildə Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü təsvir olunub.

Poçt markalarının nəşri səfirlik tərəfindən Üzeyir Hacıbəyli irsinin Serbiyada tanıdılması məqsədilə həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsidir.

Qeyd edək ki, səfirliyin təşkilati dəstəyi ilə dünyanın ən böyük onlayn ensiklopediyası “Vikipediya”da dahi bəstəkar haqqında serb dilində məqalə genişləndirilib.

Chosen
17
4
ikisahil.az

5Sources