EN

İrlandiya Ukraynaya minaaxtaran robotlar göndərdi

İrlandiya Ukraynaya yeni hərbi yardım göndərib. Buraya nəqliyyat vasitələri və minatəmizləmə robotları daxildir.

Axar.az xəbər verir ki, bunu İrlandiya baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Saymon Harris deyib.

"İrlandiyanın Ukraynaya dəstəyi sarsılmazdır. Bu gün biz Ukraynanın müdafiəsini dəstəkləmək və humanitar ehtiyacları ödəmək üçün 34 maşın və üç minaaxtaran robot təhvil verdik", - Harris bildirib.

Chosen
48
1
axar.az

2Sources