EN

Mourinyo "Benfika"da - RƏSMİ

Portuqaliyalı tanınmış məşqçi Joze Mourinyo "Benfika"nın baş məşqçisi təyin olunub.


Manset.az xəbər verir ki, bu barədə məlumat Lissabon klubunun rəsmi saytında yer alıb. 

Bildirilib ki, Mourinyo ilə imzalanan müqavilə 2026/2027 mövsümünün sonunadək qüvvədə olacaq.

62 yaşlı məşqçinin çalışdırdığı son klub Türkiyənin "Fənərbağça" komandası olub. O, bu il avqustun sonunda klubdan ayrılıb.

Qeyd edək ki, Mourinyo "Benfika"da Bruno Lajeni əvəzləyəcək. B.Laje "Qarabağ"a 2:3 hesablı məğlubiyyətdən sonra istefa vermişdi.

Chosen
11
manset.az

1Sources