Polis Parisin mərkəzində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib və güc tətbiq edib.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Etirazçılar mağaza və bankların şüşələrini sındırır, zibil qutularını yandırır, polisə fişəng və butulkalar atırlar. Buna cavab olaraq polis etirazçıları geri itələyir.
Təkcə Parisdəki etirazlara 100 minə qədər insanın qatılacağı proqnozlaşdırılır.
Fransanın bir çox bölgələrində edilən tətillər nəticəsində nəqliyyat sektorunda fasilələr müşahidə edilir.
***
Fransada həbs edilən aksiya iştirakçılarının sayı 140 nəfərə çatıb.
Bu barədə yerli KİV ölkənin Milli Polisinin hesabatına istinadən məlumat yayıb.
"Saat 15:45-də dərc edilmiş yeni hesabata əsasən, Milli Polis tərəfindən 21-i Parisdə olmaqla 140 həbs həyata keçirilib", - hüquq-mühafizə orqanlarından bildirilib.
Qeyd olunub ki, təhlükəsizlik qüvvələrinin səkkiz əməkdaşı yüngül xəsarətlər alıb.
Hökumət 282 477 etirazçının olduğunu bildirib.//Report