EN

Bricit Makron qadın olduğunu təsdiqləyən sənədləri məhkəməyə təqdim edəcək

Makron cütlüyü birinci ledinin qadın olaraq doğulması haqqında ABŞ məhkəməsinə sübutlar təqdim etməlidir...

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ABŞ məhkəməsinə müraciət edərək, birinci leydinin qadın olduğunu sübut edən fotoşəkillər və elmi sənədlər təqdim edəcəklər.

Poliqon xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bu addım onların ABŞ-də sağçı inflyuenser Kendis Ouenə qarşı qaldırdıqları böhtan iddiası çərçivəsində atılıb.

Makronların hüquqşünası bildirib ki, təqdim olunacaq sənədlər Brijit Makronun şəxsiyyətinə dair yayılan əsassız və böhtan xarakterli şayiələrin tamamilə uydurma olduğunu sübut etmək məqsədi daşıyır. Xüsusən də, Ouenin Brijit Makronun əslində kişi olaraq doğulduğu barədə iddiaları prezident ailəsi tərəfindən “qeyri-insani” və “dərin zərərli” kimi qiymətləndirilib.

Məlumata görə, Ouenin tərəfdarları məhkəməyə iddianın ləğv olunması barədə vəsatət təqdim ediblər. Lakin Makron cütlüyünün vəkilləri bu vəsatətin əsassız olduğunu və mütləq şəkildə faktların işıqlandırılmalı olduğunu vurğulayırlar.

Hüquqşünas əlavə edib ki, Brijit Makron bu cür şəxsi və həssas sənədləri açıqlamağın onun üçün çox çətin olduğunu qəbul etsə də, ədalətin bərpası və əsassız şayiələrin qarşısının alınması naminə buna tam hazırdır.

“Əgər bu addım ədalətin bərpası və bütün bu əsassız iddiaların dayandırılması üçün zəruridirsə, xanım Makron bunu çiyinlərində daşımağa tam razıdır,” deyə vəkil qeyd edib.

Qeyd edək ki, hadisə həm Fransada, həm də ABŞ-də böyük rezonans doğurub və siyasi dairələrdə söz azadlığı ilə şəxsi həyatın toxunulmazlığı arasındakı balans məsələsini yenidən gündəmə gətirib.

Poliqon.info

Chosen
93
poliqon.info

1Sources