EN

Rayonlardakı avtobuslar nə vaxt yenilənəcək? -

Rayonlarda fəaliyyət göstərən avtobusların əksəriyyəti həm balaca, həm də köhnədir. Bəs həmin nəqliyyat vasitələrinə nəzarət edilirmi? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir və avtobus parkının yenilənməsi diqqət mərkəzində saxlanılır. Qeyd olunub ki, daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulur.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
12
2
metbuat.az

3Sources