EN

Geyimi müzakirələrə səbəb oldu - FOTOLAR

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı, birinci xanım Melaniya Trampın geyimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Vindzor qəsrində təşkil edilən şam yeməyində Melaniya Trampın üzərindəki paltarın rəngi fotolarda fərqli görünür.

“Carolina Herrera” tərəfindən hazırlanmış libas və kəmər bəzi kadrlarda parlaq, digərlərində isə daha solğun əks olunub.

Bir görüntüdə geyim parlaq sarı, kəmər isə yumşaq yasəmən rəngində təsvir olunub. Nəşrin məlumatına görə, əslində paltar yağlı rəngdə, kəmər isə bənövşəyi tonlardadır.

Qeyd olunur ki, rənglərdəki bu çaşqınlıq flaşla çəkilmiş fotolardan və sonrakı görüntü işləmələrindən qaynaqlanır.

Musavat.com

 

Chosen
17
musavat.com

1Sources