EN

Vaşinqtonda Trampın qızıl heykəli ucaldılıb - VİDEO

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Kapitoliy binası qarşısında prezident Donald Trampın qızıl heykəli ucaldılıb.

Day.Az bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.

Məlumata görə, qızıl heykəldə Ağ Ev rəhbəri gülümsəyərək əlində bitkoin sikkəsi tutan yerdə təsvir olunub.

Dörd metrlik heykəlin yaradılması investorların sponsorluğu ilə baş tutub.

Qeyd olunur ki, Trampın abidəsi yalnız bir günlüyünə ucaldılıb. Heykəlin gələcək taleyi açıqlanmır.

Chosen
11
5
day.az

6Sources