EN

Trampın Britaniya səfərindən sonra Venesuelaya hərbi müdaxilə edilə bilər POLİTOLOQ

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri bir sıra etirazlarla qarşılandı. Bununla yanaşı, Trampın kral III Çarlzla görüşməkdə məqsədi bir çox suallar doğurmuşdu. Bir çoxları ABŞ liderinin İsrailə dəstək mövzusunda müzakirə üçün Birləşmiş Krallığa səfər etdiyini bildirsə də, politoloqlar hesab edir ki, Tramp üçün bugünkü əsas məsələ ölkəsinin sərhədlərinə daha yaxın olan ölkələrlə münasibətləri, yaxud münaqişələri öz lehinə çevirməkdir.

Lakin bu gün Fələstin lideri Mahmud Abbasın Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü Trampın İsraillə bağlı dəstək üçün Britaniyaya səfər etdiyi ehtimalını daha çox ön plana çəkdi. Maraqlı olan odur ki, Mahmud Abbasın Türkiyəyə, Donald Trampın isə Birləşmiş Krallığa rəsmi səfərlərinin bir-birinin ardınca baş tutması təsadüfdürmü?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Donald Trampın Böyük Britaniyaya səfər etməsində əsas məqsəd, şübhəsiz ki, anglo-saks birliyini daha da gücəndirməkdir.

“Məlum olduğu kimi, Britaniya və ABŞ arasında xüsusi bir ittifaq mövcuddur və Tramp bu ittifaqı daha da möhkəmləndirmək istəyir. Düşünürəm ki, bu, bir növ İsrailin Qəzzada həyata keçirəcəyi əməliyyatla bağlıdır.

Çünki İngiltərə hükməti buna çox ciddi şəkildə müqamət göstərir ki, bu, İsrailə əlavə problemlər yarada bilər və Tramp bu məsələni neytrallaşdırmaq üçün Londona səfər edib. ABŞ hər zaman İsraili qoruyub. Eyni zamanda düşünürəm ki, Trampın səfərindəki digər əsas məqsəd ABŞ-nin Venesuelaya gözlənilən hərbi müdaxiləsiylə bağlıdır. Ehtimal ki, Ağ Ev rəhbəri Birləşmiş Krallığı da bu məsələdə razı salmağa çalışacaq və ola bilsin ki, Venesuelaya müdaxilə ilə bağlı Trampın İngiltər səfərindən sonra müəyyən tədbirlər görülsün.

Mahmud Abbasın Türkiyə səfərindəki əsas məqsəd isə, şübhəsiz ki, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatdır. Hazırda Fələstin Ərəb ölkələrindən daha çox Türkiyəyə güvənir. Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsir qüvvəsi ABŞ-də daha böyükdür. Fələstin hükməti də yaxşı başa düşür ki, İsraili dayandıracaq qüvvə yalnız və yalnız ABŞ-dir. Fələstini dəstəkləyən dövlətlərinin içərisində ABŞ-yə təsir edəcək yeganə ölkə Türkiyədir.

Buna görə də Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı xahiş etməyə gəlib. Çünki əgər İsrail Qəzza bölgəsi işğal edilsə, bu zaman müstəqil Fələstin dövlətinin yaradılması ümumiyyətlə təhlükə altına düşəcək və bu artıq mümkün olmayacaq. Buna görə də Mahmud Abbas Fələstini qorumaq üçün, hətta Fələstinin muxtariyyətini qorumaq üçün Türkiyədən yardım istəyir.

Əgər İsrail Qəzzanı tamamilə ələ keçirəsə, Ramallahda yerləşən Fələstin muxtariyyətinin hükuməti də çökəcək. Vaxti ilə Yasir Ərafat tərəfindən qurulmuş olan hazırda Mahmud Abbasın başında olduğu bu hükumət ümumilikdə süqut edəcək. Mahmud Abbas məhz bu süqutun qarşısını almaq üçün səylər göstərir”.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
avtosfer.az

1Sources