EN

Qubada insan sümükləri aşkarlanıbVİDEO

Qubada yol kənarında torpaq qatı yuyulub, həmin ərazidən insan sümükləri çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, yağıntılı hava səbəbindən yaranan sel suları Qubanın Rustov kəndində kiçik torpaq sürüşməsi yaradıb.

Torpaq qatının sürüşməsi nəticəsində insan sümükləri üzə çıxıb. Kənd sakinləri bildirirlər ki, həmin ərazi əvvəllər qəbiristanlıq olub. Orada tapılan sümüklərin də məzarlardan birinə aid olduğu ehtimal edilir.

Kənd bələdiyyəsindən də bildirildi ki, sümük aşkar olunan kimi aidiyyəti üzrə məlumat verilib.

Qalıqların hansı dövrə aid olduğu hələ ki, məlum deyil.

Fakt araşdırılır.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Chosen
11
xezerxeber.az

1Sources