Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.
Bu barədə Milli.Az-a federasiyadan məlumat verilib.
İstefa edənlər:
• DAF Prezidenti - Jalə Əhmədova
• 1-ci vitse-prezident - Könül Nurullayeva
• Vitse-prezident - Anar Qurbanov
• İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri - Firuzə İskəndərova
• Katibliyin rəhbəri - Tünzalə Əzimova
Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər:
• Prezident - Fuad Quliyev
• 1-ci vitse-prezident - Mehman Səfərov
• Vitse-prezident - Davud Davudov
• Könüllülərlə iş departamentinin rəhbəri - Jalə Məmmədova
İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)