EN

Federasiyanın 9 vəzifəli şəxsi istefa verdi

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

News24.az-ın xəbərinə görə, istefa edənlər bu şəxslərdir:

DAF Prezidenti – Jalə Əhmədova
1-ci vitse-prezident – Könül Nurullayeva
Vitse-prezident – Anar Qurbanov
İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri – Firuzə İskəndərova
Katibliyin rəhbəri – Tünzalə Əzimova

Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər:

Prezident – Fuad Quliyev
1-ci vitse-prezident – Mehman Səfərov
Vitse-prezident – Davud Davudov
Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova

İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.

Chosen
65
5
news24.az

10Sources