Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib
SİA xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunub.
Opera Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə yeni quruluşda hazırlanıb.
Səhnə əsərini izləyənlər arasında mədəniyyət naziri Adil Kərimli, incəsənət xadimləri, sənətsevərlər və digər qonaqlar yer alıb.
Operaya Əməkdar artist Əyyub Quliyev dirijorluq edib. Quruluşçu rejissor Nicat Kazımovdur.
Məcnun rolunu Xəyal Hüseynov, Leyli rolunda isə əməkdar artist Arzu Əliyeva çıxış edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçiriləcək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın fərqli bölgələrində konsert və tədbirlər keçirilir.