EN

Aston Martin in pilotu: Bakıda həmişə həyəcanlı, hadisələrlə dolu yarışlar görürük

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıdakı "Formula-1" treki çətin, amma eyni zamanda yarış təqvimində ən sürətlilərdən biridir.

İdman.biz bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında "Aston Martin" komandasının ehtiyat pilotu Stoffel Vandorn deyib.

"Bakı həmişə xüsusi yerdir. Bura ilk dəfə 2017-ci ildə, "Maklaren"də yarışarkən gəlmişdim. O vaxt yarışa ev sahibliyi etmək şəhər üçün böyük hadisəyə çevrilmişdi. O vaxtdan çox şey dəyişib: tras və onun ətrafı daha müasir, dinamik, hətta dəbdəbəli olub. Aydındır ki, şəhər aktiv şəkildə inkişaf edir və daha çox diqqət cəlb edir, o cümlədən də "Formula-1" pliotları tərəfindən", - belçikalı əlavı edib.

Vandornun sözlərinə əsasən, Bakı treki yüksək sürət və çətin hissələrin unikal birləşməsinə malikdir.

"Bu, ən sürətli küçə traslarından biridir. Burada çox yüksək sürətlə əyləcə basılmalı zonalar var və bu, sürücüdən avtomobildə son dərəcə diqqətli və inamlı olmağı tələb edir", - Vandorn vurğulayıb.

Pilot onu da bildirib ki, Azərbaycan Qran-prisi tez-tez gözlənilməzlik və çoxlu ötmələrlə xarakterizə olunur.

"Bakıda demək olar ki, həmişə həyəcanlı, hadisələrlə dolu yarışlar görürük. Burada, adətən, digər küçə traslarından daha çox ötmə baş verir. Fikrimcə, bu həftəsonu da maraqlı olmağı vəd edir. Bu il hava həmişəkindən bir qədər sərindir. Görək bizi yarışda hansı sürprizlər gözləyir?!", - Vandorn deyib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
6
icma.az

7Sources