EN

Şəmkirdə iki yük maşını toqquşub

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Tranzit "ilə "Qazel" markalı yük maşınları toqquşub.

Qəza zamanı 1985-ci il təvəllüdlü H.Namazov və N.Namazov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
7
21
news365.az

10Sources