Fransada davam edən kütləvi etiraz aksiyaları zamanı ümumilikdə 181 nəfər saxlanılıb.
Musavat.com xəbər verir ki, “Le Parisien” nəşrinin məlumatına görə, saxlanılanlardan 31-i Parisdə qeydə alınıb.
Etirazlar zamanı baş verən toqquşmalarda 11 polis əməkdaşı, 10 nümayişçi və 1 jurnalist xəsarət alıb. Hadisələr zamanı ümumilikdə 29 yanğın faktı qeydə alınıb.
Hakimiyyət nümayəndələri təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər.
Musavat.com