EN

Tramp yenə Ermənistanı Albaniya ilə səhv saldı

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən yenə ikincini Albaniya adlandırıb.

Bakupost.az xəbər verir ki, ABŞ lideri Böyük Britaniyanın baş naziri Key Starmerlə keçirdiyi birgə mətbuat konfransında bildirib:

"Biz, məsələn, Azərbaycan və Albaniya arasında nizamlanmanı təmin etdik. Münaqişə uzun illərdir ki, davam edirdi".

ABŞ prezidenti sentyabrın 12-də "Fox News"a müsahibəsində də eyni səhvə yol verib.

Avqustun 8-də Tramp, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda üçtərəfli görüş keçiriblər. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma haqqında bəyannamənin qəbul edildiyi açıqlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
32
www.bakupost.az

10Sources