EN

"Alpine" pilotları Bakıda qutab hazırlayıblar - VİDEO

"Formula-1" Azərbaycan Qran-prisi ərəfəsində "Alpine" komandasının pilotları Franko Kolapinto və Pyer Qasli Azərbaycan mətbəxi ilə yaxından tanış olmaq qərarına gəliblər.

İdman.biz bildirir ki, onlar milli təamlarımızdan olan qutab hazırlayıblar.

Azərbaycan Qran-Prisinin meydançasında fud-kortun yaxınlığında qonaqların həm bu prosesi izləməsi, həm də yerli yeməklərin dadına baxması üçün yer ayrılıb. Kolapinto və Qaslinin qutab hazıryarakən çəkilən videoları qısa zamanda sosial mediada populyarlıq qazanıb və dünya üzrə pərəstişkarlarından çoxsaylı şərhlər alıb.

Franko Kolapinto tapşırığa çox ciddi yanaşıb: "o, həyəcanlanır, qutabları diqqətlə düzəldir və uğurlu cəhddən sonra sevincini gizlətmirdi, hətta öz-özünü alqışlayırdı da". Pyer Qasli isə kulinariya təcrübəsinə yumorla yanaşıb. Onun qutabları heç də ənənəvi formada olmayıb, pilot da zarafatla buna "kim deyib ki, o, yumru olmalıdır?", reaksiyası nıverib.

Yemək bişirildikdən sonra pilotlar həmkarlarını və qonaqları qutaba qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolinin reaksiyasına əsasən, onların hazırladıqları yemək heyrətamiz dərəcədə dadlı olub.

İdman.biz

Chosen
1
3
idman.biz

4Sources