EN

Jalə Əhmədova federasiya prezidentliyindən istefa verdi - İşdən çıxan digər vəzifəli şəxslərin adları

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər...

Bu barədə Oxu.Az-a federasiyadan məlumat verilib.

Qeyd olunub ki, Federasiyanın prezidenti Jalə Əhmədova, 1-ci vitse-prezidenti Könül Nurullayeva, vitse-prezidenti Anar Qurbanov, İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İskəndərova, eləcə də katibliyin rəhbəri Tünzalə Əzimova istefa verdiklərini açıqlayıblar.

Bundan başqa, DAF-ın Azərbaycan nümayəndəliyi də (prezident Fuad Quliyev, 1-ci vitse-prezident Mehman Səfərov, vitse-prezident Davud Davudov, Könüllülərlə iş departamentinin rəhbəri Jalə Məmmədova) istefa qərarı verib.

İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqları göstərilib.

Poliqon.info

Chosen
16
23
poliqon.info

10Sources