Əməkdar artist Yusif Mustafayev nəslinə qoyduğu qanundan danışıb.
Gundem.az xəbər verir ki, müğənni "Günə uğurla" proqramında erkən evliliyin tərəfdarı olduğunu bildirib.
"Nəslimdə qanun qoymuşam: 24 yaş son subaylıq həddidir. O yaşa kimi evlənmək lazımdır. Qardaşlarım, balaları, övladlarım sözümdən çıxmayıb", - deyə, Y.Mustafayev qeyd edib. /axşam.az