EN

Bakıda “böyük” danışmışdı, cavabını Lissabonda aldı

“Qarabağ”ın “Benfika”nı meydana çıxmağa peşman etdiyi gündən bir həftə əvvəl Azərbaycan millisi Bakıda Ukrayna ilə 1:1 oynamışdı.

Həmin görüşdən sonra özündənrazı ukraynalı futbolçulardan biri – qapıçı Anatoli Trubin nəticə ilə bağlı açıqlama vermişdi:

“Biz bu oyunlarda mütləq qalib gəlməliyik. Final mərhələsində oynamaq istəyiriksə, qələbələrə ehtiyacımız var.

Bu heç-heçə Ukrayna futbolu adına biabırçılıqdır”.

Sentyabrın 16-da 24 yaşlı qapıçını Azərbaycan komandasına qarşı daha bir sınaq gözləyirdi. Lakin bu dəfəki rəqibin adı daha ağır və samballı idi.

Meydanda “Qarabağ”, “Benfika”nın qapısında isə həmin Trubin idi.

Ukraynalı bir neçə epizodda komandasının xilaskar rolunu oynamağı bacarsa da, buraxılan 3 qola mane ola bilmədi. Nəticədə Azərbaycan təmsilçisi ilə dueldə, nəhəng komandanın heyətindıə məğlubiyyət acısı yaşamalı oldu.

Taleyin işinə bax ki, Ukrayna millisinin əsas üzvünün qapısına qələbə topunu “Qarabağ”ın Ukrayna yığmasının qapısına yaxın düşə bilməyən üzvü Aleksey Kaşuk vurdu.

Anatoli bir həftə ərzində yaşadığı iki şok hadisədən sonra çətin özünə gələ. Yəqin ki, günlərə yox, həftələrə ehtiyac duyacaq.

Əsas odur ki, 28 milyon avro dəyəri olan futbolçu bundan sonra Azərbaycan təmsilçiləri ilə görüşlərdəki uğursuz nəticələri biabırçılıq kimi qələmə verməyəcək. Ən azından əvvəl başına gələn hadisələrdən nümunə göstərmək üçün sözü olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
6
sportinfo.az

1Sources