ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir. Dünən yunan-Roma güləşi üzrə 4 çəkidə mübarizəyə start verilib.
55 kiloqramda çıxış edən təmsilçimiz Eldəniz Əzizli hindistanlı Anil Mora tam üstünlüklə (8:0) qalib gələrək 1/4 finala yüksəlib. Titullu güləşçimiz amerikalı Ceyden Raney də qalib gəlib– 5:1. Milli komandanın kapitanı yarımfinalda iranlı Payam Balutakiyə 1:3 hesabıyla məğlub olub və bu gün bürünc medal uğrunda mübarizə aparacaq.
Digər güləşçilərimiz – Sənan Süleymanov (77 kq) 1/4 finalda iranlı Alireza Abdevaliyə 1:3 hesabıyla məğlub olub, Qurban Qurbanov 1/4 finalda yaponiyalı Taizo Yoşidaya uduzub – 8:9, Beka Kandelaki isə təsnifat mərhələsində ermənistanlı Razmik Kurdyana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub. Beləliklə Eldəniz Əzizlidən başqa digər təmsilçilərimiz medal şanslarını itiriblər.
Qabil YUSİFOĞLU
XQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.