EN

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Filippində keçirilən kişi voleybolçular arasında dünya çempionatının qrup mərhələsinin oyunlarına yekun vurulub.

Bizim.Media xəbər verir ki, qarşılaşmaların nəticələrinə görə turnirin pley-off mərhələsinin bütün iştirakçıları müəyyən edilib.

1/8 final mərhələsinin cütlüklərini təqdim edirik:

Voleybol üzrə Dünya Çempionatı. Filippin. Kişilər. 1/8 final.

Tunis - Çexiya

Serbiya - İran

ABŞ - Sloveniya

Bolqarıstan - Portuqaliya

Polşa - Kanada

Türkiyə - Niderland

Argentina - İtaliya

Belçika - Finlandiyaya

İlk pley-off oyunları sentyabrın 20-nə planlaşdırılıb. İlk 1/4 final iştirakçıları Türkiyə - Niderland və Polşa - Kanada matçlarında müəyyənləşəcək.

Sentyabrın 12-dən 28-dək Filippində kişilər arasında voleybol üzrə dünya çempionatı keçirilir. Hazırkı çempion İtaliya komandasıdır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
15
2
bizim.media

3Sources