EN

KİV: Ər-Riyad ABŞ-yə olan inamını itirib və yeni tərəfdaşlar axtarır

BAKI, 19 sentyabr. TELEQRAF

Ər-Riyad artıq təhlükəsizlik sahəsində ABŞ-yə güvənməyə hazır deyil və yeni ittifaqlar qurmaq imkanları axtarır.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Səudiyyə Ərəbistanı və Pakistan arasında strateji qarşılıqlı müdafiə sazişinin imzalanması ilə bağlı yazıb.

Nəşr hesab edir ki, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış yeni saziş regionda güc balansını dəyişə bilər və ABŞ-nin Yaxın Şərqdəki uzunmüddətli tərəfdaşının milli təhlükəsizlik məsələlərində Vaşinqtondan asılılığını aradan qaldırmaq istədiyini göstərir.

Qəzet xatırladır ki, Ər-Riyad və İslamabad arasında sazişin imzalanması İsrailin Dohaya zərbəsindən bir həftə sonra elan edilib.

Qeyd edək ki, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış strateji qarşılıqlı müdafiə sazişinə əsasən ölkələrdən birinə hücum “hər ikisinə qarşı təcavüz” kimi qiymətləndiriləcək. Sənəd Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Səud və Pakistanın hökumət başçısı Şahbaz Şərif tərəfindən imzalanıb.

Chosen
81
3
teleqraf.com

7Sources